Archive for Mart, 2010


Gedirəm artıq…


Dünən gecə yenə səni düşündüm həmişəki kimi keçən yaz aylarını düşündüm həsrətin sevginlə birləşdi gözyaşı olaraq döndü mənə.
Sənsizliyinə bürünmüş dünyamda öz suverenliyimi qurmağa çalışırdım tam özüm üçün bir şeylər edəcəkdim ki təkrar gəldi heç gözümün qarşısından getməyən gözlərin.

Sandığın içindən fotoşəkillərimizi tapdımsanki sənsizliyi dadacaqmışım kimi sarılmışam sənə üzüm gülür. Xoşbəxtəm!
Artıq dözə bilmirəm sənsizliyə. Acı verir fotoşəkillərinlə yaşamaq mənə bəlkə də eşqimizin qayan bir ulduz qədər.
Tez parlayıb söndüyünü bilmək ağrıdır bədənimiartıq mən köhnə mən deyiləm. Xoşbəxt ola bilmirəm əvvəlki kimibədənim susuz qaldı nə qədər içsəm də daha qalacaq.
Çünki mən suya deyil mənim üçün daha da əhəmiyyətli olan sənə,sənin sevginə susadım. Tam sevdanın rəngini tapmışdım ki, göydəki ulduzumuz düşdü. Əlaqəmizin başladığı gün bir cücərtitikmişdik və söz vermişdik bir-birimizə sevgi ilə böyüdəcəkdik deyə.
İndi o ağaca kim baxacaq sevgisiz qalıb sonsuzun dərinliyinəmi qapılacaq mənim kimi? çünki mən sənsiz qaranlığın içində itmiş kimiyəm tək işığım sən idin yox olub getdin.
Artıq öz içimdə 4 mövsüm qış yaşayıram çünki yazım və baharlarım məni tərk etdi.
Mən də artıq tək içirəm sənin sevdiyin şərabı. Aynaları da sındırdım artıq sevmirəm onları.
Mənə yaxşı bir üz vermirlər baxdığımda. Bağçamdakı quşlar da susduartıq eşqimizi mahnılara vurmurlar. Nə olar geri dön artıq eşqim həyatımı artıq ağ qara film kimi yaşamaq istəmirəm…

Dünən gecə yata bilmədim. Səni düşündüm yenə .Səhər açılır artıq, çölə baxıram. günəş bütün gözəlliyiylə günə salam deyir. Baxıram günəşə. Araşdırıram onu. Bədəni eynilə səninki kimi parlaq. Eynilə sənin kimi işıqlandırır o da həyatımı və ikiniz çox bənzəyirsiniz əslində. İkinizdə çox gözəlsiniz, mükəmməl ,hətta qüsursuz. Ətrafıma baxıram. gözlərim səni axtarır. Elə alışmışam ki sənə sənsizliyinə dözə bilmirəm belə. Elə ölümünə sevmişəmmiş ki səni yoxluğuna alışa bilməyəcək qədər. Mən yaşaya bilmərəm sənsiz!. Bilirəm mən sənsizlikdən pərişan olarkən burada, sən orada mənsizliyi əhəmiyyətsiz hesab edirsən. Bəzən üfüqdə çox gözəl sənin çox bəyəndiyin bir ada ya da bir dağ görərsən. çatmaq istəyərsən ona. Varlığını bilərsən. Görərsən o yeri amma çata bilməzsən. Mən də bu anda eyni duyğuları yaşayıram içimdə. Tuta bilmədiyin hər yağış damlası qədər sevirəm səni. Sənin kimi sevirəm səni. Həsrətimi çox çox ölçə bilmirəm. Qapıldım bir dəfə ürəyimin bəxtinə. Gedirəm amma hara? Dostum dənizəmi? Yoxsa dərdə?

 
 Yyandığım dağlaramı? Yoxsa kəşf edilməmiş yerlərəmi? Mən bu suallarla itirəm öz içimdə. Əslində cavabını tapdım. Haramı gedirəm? Cavab asan. Sənə gəlirəm. Məni istəmədiyin halda səni son bir dəfə daha görmək istəyirəm getmədən əvvəl. Sığallamaq istəyirəm saçlarına bir dəfə daha. Gözlərimlə gözlərinə dəymək istəyirəm. Üzünə qarşı “səni sevirəm” deyə biləcək qədər cəsarətli olmaq istəyirəm. Göz yaşlarımla islatdığım bu kağıza içimi tökürəm son bir dəfə daha baxıram şəkillərinə. bu sətirlərdə özümü, şəkillərimizdə keçmişimi tapıram .son bir dəfə daha söyləmək istədiyim şeyi söyləyirəm: “səni sevirəm”. İstəsən cırarsan bu kağızı, istəsən basdırarsan, istəsən saxlayarsan amma nə fayda? nə fərq edər? Nə istəsən onu et məni maraqlandırmaz. Gedirəm çünki mən anla artıq, gedirəm kiçik ümid edirəm bir gün səni nə qədər çox sevdiyimi anlarsan deyə…

Düşünürəm də sən heç var olmadın…
Mən var olduğunu sandım amma yanılmışım həmişə, öz içimdə ürəyimdə yaşatmışım səni o qədər zaman..
Bir xəyal kimi. ..Röya kimi. ..Danışılan amma əslində heç yaşanmamış hekayələr kimi…

Sən yalnız olmasını istədiyim idin. ..Ürəyimdəki istiliyin belə saxta idi…
Mən susmaqdan yorulsam da ürəyim qışqırmaqdan imtina etmir..
Boş ver ürəyim uzaq qalsın o yenə, yaxınlaşmasın canıma….
Uzaq dayansın istə bir quş olub köç etsin bu diyarlardan….
Səndə axtarma artıq be ürəyim. .Nə deyə bilə-bilə acı/ağrılı çəkmək istəyərsən…

Gözyaşı yağışlarının altında tikanlı yollarda getməkdən yorulmadınmı…
Gül bağçalarıyla hər yeri isti gülümsəmə dolu günəşin işıqlarında dinclik tapmaq varkən…

Sən onsuzda yaşayarsan ürəyim bilərsən,
çox ağrılar ağır yükləri buraxdıq ardımızda…
Bezmədinmi hələ qaranlıq küçələrdən, qorxardın sən halbuki soyuq qaranlıq səssiz küçələrdən…
Sən dəyişmə həmişə eyni qal burax ürküdücü yollar cansız qalsın…

Böyük eşqlər sənə görə deyil ürəyim….


Bu ağrının müddəti nə qədər naməlum amma bir gün bitər deyə düşünürəm.. Nə ağrılar var elə deyilmi..?.. Hamısı unudulur.. Görəsən bir ölünü unutmaqmı daha uzun zaman alar; yoxsa yaşayan bir ölünün unudulmasımı daha çətindir naməlum.. Amma bilirəm ki sən də bir gün unudulacaqsan məndə .. “Zaman hər şeyin dərmanıdır” deyərlər ya yəqin çox yerində bir söz .. Unudaram bir gün səni də.. Daha əvvəl unutduğum kimi.. Unudulmazam deyilsən ya! . .Gündüzün gecəni unutduğu kimi unudaram səni.. Ruhun duymaz

Mənə verdiyin ağrının müddətini nə mən belə bilərəm nə də sən.. Bağlanması çətin yaralar açsansa da bu könülümdə sevimli.. Unudaram bir gün səni.. Bu an səni unutmadımsa unutmaq istəmədiyimdəndir bunu biləsin sevgilim.. Səhv eşq idi bəlkə də.. Günah məndə ya da səndə idi.. Nə fərq edər yoxsa getmədinmi məndən , bizdən, sevgimdən..

Gedənlər unudularmış.. Eşqləri yalanmış.. Sevgilərindən çox yara açarlarmış.. Unudulmaları da zaman alarmış.. Varlıqlarında doldurduqları yerdən çoxmuş yoxluqlarında buraxdıqları boşluq.. Ədalətlimi sən tərəfindən bu sevgilim..?..

Hər kəs öz duyğuları içində öz zərurətlərini yaşayır.. Bundandır səbəbi səni günahlandırmağımın .. Hər şeyin bir əvəzi vardır ha. Əvəzlər də ödənmək üçün deyilmi onsuz da əslində..?.. Yəqin mən də səni sevmənin əvəzini ödəyirəm.. Sevmənin əvəzi ola bilər idimi..?.. Olurmuş bax.. Halbuki mənə soruşsansa sevmənin əvəzi olmamalı idi.. Bu qədər ağır bir əvəz ödənməməli idi.. Amma üsyan edə bilmərəm deyilmi.. Üsyan etmək nəyi dəyişdirə bilərdi ki sanki..

Ağlamaqmı..?.. Bu mənə görə deyil sevgilim.. Mən sənin üçün ağlaya bilmərə ki.. Axan gözyaşlarıma haqsızlıq olar bu..

Susma.. Bir şey söylə sən də.. Susaraq qaçmağı seçmə.. Susaraq ən yaxşısını edərsən deyərlər ha.. Yalan danışmışlar amma sevgilim.

İnsan sevdiyini xatırlamaq istədiyi kimi xatırlayarmış deyərlər ha.. Burax mən də səni xatırlamaq istədiyim kimi xatırlayım.. Məndəki yaxşı səni öldürmə.. Gözümdəki dəyərini heç bir zaman salma.. “Sənin üçün dəyməzmiş” deyə düşünməmə icazə vermə sevgilim.. Dedim ya gözümdəki dəyərin gözyaşımın gözümdə qaldığı qədər qalsın…



Yağışlar yağırdı, sənə olan hirsim şimşəklər çaxdırırdı gözlərimə, əllərimlə yanaqlarımdan axan, yağış damlalarına toxundum, barmaqlarımın ucları yanırdı, üzümə tökülən hər damlada, sənə olan nifrətim vardı. 

Əvvəl işıqları söndürdüm , pərdəni araladım yavaşca, bir az ürkək, bir az utancaq baxışlarla baxdım çölə, bir zamanlar məni gözlədiyin küçəni boş görüncə, pəncərəni sonuna qədər açdım. Otağım da ürəyim kimi qaranlıq idi. Səndən mənə qalan yalnız yüngül bir bahar yeli idi, qoxunu yenidən hiss etdim içimdə. Çöldəki küçə lampası da işıqlandırıldı. Bir tək ürəyim qədər qaranlıq olan otağım qaldı işıqsız…
Bir az əvvəl aldığım siqaretim də son anlarını yaşayırdı artıq. Heç vaxt sevmədiyin və alışa bilmədiyin siqaretimlə yenə baş-başa qaldım. Onsuzda bir tək o buraxmırdı məni, bir də başımın üstündən ayrılmayan xain həsrət küləyi… Paketdəki son siqareti çıxardım titrəyən əllərimlə, uzun-uzadı seyr etdim əvvəl. Adını yazdım böyük hərflərlə, necə ki, bir zamanlar səni yazmışdım ürəyimin ən dərin küncünə…
Məni necə yandırdınsa xəyanətinlə, mən də elə yandırdım siqaretimi. Hələ ürəyimdə qalan həsrətimlə, bir an dodaqlarının istiliyini hiss etdim. Qaranlıq xəstəxana otağında , ölümə gedən bir xəstənin son nəfəsini alması kimi, havanı aldım içimə, bir zamanlar sənin qoxunu necə çəkirdimsə içimə bax elə… !!!
Bir an xəyalın çıxdı qarşıma, sən məni həyatından necə atdınsa, mən də səni eləcə atacaqdım o tüstü ilə içimdən. Küllərini çölə atdım, külək sovuracaqdı külləri…
Son siqaretim bitdiyində unudacaqdım səni, amma unutduğum bir tək şey vardı, heç hesabda yoxkən son anda ağlıma gələn, hardan bilə bilərdim ki; son siqaretimin hər nəfəsində səni içimə çəkəcəyimi…

 


Bewegung in Europas Kiezen Man muss sich spontan in sie verlieben, sich entfalten, aber auch wieder aufbrechen können. Ein Stadtviertel, das ist wie eine zweite Haut. Nebenan die Lieblingsbar, eine Handvoll nette Nachbarn und der kleine Nachtshop gleich um die Ecke. Doch die Stadtviertel in Europa bewegen sich kontinuierlich und reißen uns aus unseren liebgewonnenen Lebensgewohnheiten. So wie beispielsweise in Berlin, wo man aus einem von Touristen überlaufenden Kreuzberg mittlerweile nach Neukölln flüchten muss. Ganz anders im Gazi-Viertel von Athen – wo früher die Prostituierten standen, feiert heute das hippe Griechenland. Im 8. Bezirk von Budapest sind die Anwohnermeinungen zum Thema Gentrifizierung jedoch gespalten.